Avropada təbii qazın qiyməti ötən ilin yanvar ayı səviyyəsinə enib

Avropada təbii qazın qiyməti ötən ilin yanvar ayı səviyyəsinə enib

Avropada təbii qazın qiyməti bir meqavat/saat üçün 36 avroya düşüb. SİA xəbər verir ki, Niderlandın TTF habında qazın qiyməti 6,4 faiz azalaraq 36 avro təşkil etməklə 2022-ci ilin yanvar ayı səviyyəsinə (35,9 avro) enib.

İlin əvvəlindən bəri isə təbii qazın qiymətində 52,7 faiz azalma müşahidə olunub. Cari ilin yanvarında TTF-də qazın qiyməti meqavat/saat üçün 74 avro civarında idi.

Bütün xəbərlər Facebook səhifəmizdə