Rusiya və İran XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər

Rusiya və İran XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər

İran və Rusiyanın xarici işlər nazirləri Hüseyn Əmir-Abdullahian və Sergey Lavrov Qəzza zolağındakı vəziyyəti telefonla müzakirə ediblər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Nazirlər telefon danışığında ikitərəfli münasibətlərlə yanaşı regional vəziyyətin gündəliyinə dair bəzi məsələlərə, o cümlədən Qəzza zolağında gedən müharibədəki son hadisələrə toxunublar”, - deyə məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə