Ukrayna hərbçiləri Xerson vilayətinin sol sahilində mövqelər tuturlar. Qışda onlar Dnepr çayının donması səbəbindən maddi-texniki təchizatını yaxşılaşdıra biləcəklər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ehtiyatçılar Şurasının sədri İvan Timoçko “Espresso” verilişində bildirib.
O qeyd edib ki, cənub istiqamətində vəziyyət Ukrayna Silahlı Qüvvələrinin xeyrinədir. Tezliklə Ukrayna hərbçiləri Dneprdən keçə biləcəklər.
...Xerson vilayətinin sol sahilində ən çox diqqəti Krynki çəkir. Bundan əvvəl Antonovski körpüsündə hələ də körpü başı var idi. Əslində bu istiqamətdə vəziyyət bizim xeyrimizə inkişaf edir. İndi Dnepr donacaq və bu, qoşunlarımıza çayı keçmək, eləcə də ağır texnika daşımaq imkanı verəcək.
Qeyd etdiyimiz kimi, Timoçko bildirib bunu.
Onun fikrincə, bu, Ukrayna hərbçilərinin Krıma doğru daha sürətlə hərəkət etməsinə imkan verəcək. Eyni zamanda bu, ruslar üçün böyük təhlükə yaradır.
...Ukrayna Silahlı Qüvvələrinin daha da irəliləməsi ruslara cinahlardan hücum etməyə imkan verəcək. Əslində, Xerson vilayətinin Sol sahilindəki körpübaşı Krımın müdafiəsi ilə məşğul olan işğalçıları yuxusuz edir. Çünki onlar növbəti olacaqlarını başa düşürlər.
Bunu da Timoçko bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB