Rusiyalı hərbi qulluqçuların arvadları Putinə dillənirlər...

Etirazlar getdikcə güclənir...
Rusiyalı hərbi qulluqçuların arvadları Putinə dillənirlər...

Ukraynaya döyüşə göndərilən rusiyalı hərbi qulluqçuların həyat yoldaşları, anaları və bacıları bir ildən artıqdır ki, evdə kişilərini gözləyirlər. Bu müddət ərzində onlar səfərbər olanların geri qaytarılmasını tələb edərək Rusiya hakimiyyətini getdikcə daha çox tənqid edirlər.

Bəzi rus qadınları repressiyalardan qorxaraq susurlar. Bununla belə, son həftələrdə Rusiya Federasiyasında artıq susmağa hazır olmayan, getdikcə daha açıq şəkildə etiraz edən və hətta mitinqlərə çıxan qadın hərəkatı yaranıb.

Onların Rusiyada hakimiyyətə qarşı şikayətləri daha çox olur və onlar öz narahat suallarını açıq şəkildə Putinə verməyə hazırdırlar.

SİA-nın əldə etdiyi məlumata görə, “Novaya qazeta Europe” nəşrinin rusiyalı jurnalistləri öz emosiyaları haqqında açıq danışan qadınlardan müsahibə götürüblər.

Videonun bir fraqmenti “Ukrayna 365” Telegram kanalı tərəfindən yayımlanıb.

Qadınlardan biri etiraf edib ki, əri müharibəyə aparıldıqdan sonra onun həyatı cəhənnəmə çevrilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə