Tusk Polşanın baş naziri seçildi

Polşa Seyminin deputatları “Vətəndaş platforması” partiyasının lideri və birləşmiş müxalifətdən namizəd Donald Tuskun ölkənin baş naziri postuna namizədliyinin irəli sürülməsinə səs veriblər.

SİA-nın əldə etdiyi məlumata görə, “Qazeta Wyborcza” yazır ki, 248 deputat “lehinə”, 201 deputat “əleyhinə” səs verib.

Tusk parlamentin tribunasından “Bu, mənim üçün deyil, sizin sayənizdə hər şeyin yaxşılığa doğru dəyişəcəyinə inananlar üçün həqiqətən böyük bir gündür” deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə