Prezidentlər döyüş meydanındakı vəziyyəti müzakirə edəcəklər

ABŞ prezidenti Cozef Bayden və ukraynalı həmkarı Vladimir Zelenski dekabrın 12-də keçirilən görüşdə döyüş meydanındakı vəziyyəti müzakirə etməyi planlaşdırır.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

...Prezident sabah bir sıra müzakirələr üçün Ağ Evdə Zelenski ilə görüşəcək. Biz bu səfəri səbirsizliklə gözləyirik.

ABŞ administrasiyasının rəsmisi bildirib bunu.

Kirbi qeyd edib ki, Bayden cəbhələrdə mövcud vəziyyətlə bağlı xəbərlər eşitməyi gözləyir. O, həmçinin vurğulayıb ki, Vaşinqton Kiyevi xüsusilə qışda dəstəkləməkdə davam etmək niyyətindədir.

Bir gün əvvəl məlum olmuşdu ki, ABŞ prezidenti Zelenskini dekabrın 12-də Ağ Evdə görüşə dəvət edib. Tərəflərin Kiyevin cari ehtiyaclarını müzakirə edəcəyi gözlənilir. Zelenskinin bütün ABŞ Senatı ilə görüşdə çıxışı da planlaşdırılır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə