İsrailin müdafiə naziri “HƏMAS”ın “belini qırmışıq” deyir...

İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağının şimalında “HƏMAS” bölmələrinin dağılmaq üzrə olduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Times of Israel” yayıb.

Qalantın sözlərinə görə, İsrail ordusu Qəzzanın şimalında “HƏMAS”-ın işğal etdiyi son ərazilərə nəzarəti ələ keçirir.

O, həmçinin əlavə edib ki, İsrail əməliyyatı bölgədə “dönüş nöqtəsinə yaxındır”.

“Biz döyüşlərdə irəliləyirik və nailiyyətlərimizi dərinləşdiririk. Biz “HƏMAS”-ın Cəbəliyyə və Şucayyadakı son qalalarını məhv edirik. Onlar dağılmaq ərəfəsindədirlər. Mən batalyon komandirlərini təslim olmağa çağırıram və onlar bununla canlarını qurtara bilərlər.

“HƏMAS”-ın Qəzza zolağındakı rəhbəri Yəhya Sinvarın və hər bir yüksək rütbəli komandirin taleyi eynidir - ya təslim olmalı, ya da ölməlidirlər. Üçüncü variant yoxdur.

...Bunu deyən Qalant, İsrailin sərhəd bölgələrinə hücumda iştirak edən bir neçə “HƏMAS” döyüşçüsünü əsir götürdyünü deyib. Onun sözlərinə görə, son bir neçə gündə HƏMAS-ın yüzlərlə döyüşçüsü İsrail hərbçilərinə təslim olublar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə