Soruşan gərək: sənin burada nə itin azıb?

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns İraqın baş naziri Məhəmməd əl-Sudanini ölkədəki ABŞ hərbi bazalarına hücumların dayandırılmadığı təqdirdə “ciddi nəticələrlə” hədələyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Associated Press məlumat yayıb.

Qeyd edək ki, bu yaxınlarda İraqa səfər edən Börns, səfər əsnasında İraqın hücumları dayandırmaq üçün tədbir görməməsinin ciddi nəticələri ilə bağlı əs-Sudanini xəbərdar edib.

“Associated Press” xatırladıb ki, Pentaqonun rəhbəri Lloyd Austin və ABŞ dövlət katibi Antoni Blinken də əvvəllər İraqı hücumların qarşısını almağa çağırıblar.

Bundan əlavə, Vaşinqton bəyan edib ki, əgər Bağdad cinayətkarları mühakimə etmək üçün kifayət qədər iş görməsə, bu halda qarşı tərəf, yəni ABŞ özü vəziyyəti ələ alacaq.

Xatırladaq ki, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına hücumlar oktyabrın 17-də başlayıb. Onların əsas səbəbləri Vaşinqtonun Fələstinlə münaqişədə İsraili dəstəkləməsi, İraq və Suriyada mövcudluğu olub. Bundan əvvəl, dekabrın 8-də ABŞ-ın Bağdaddakı səfirliyinin ətrafı raket atəşinə məruz qalmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə