Almaniya gələn il Ukraynaya hərbi yardımı ikiqat artıracaq

Almaniyanın Avropa məsələləri üzrə dövlət naziri Anna Lyurmann ölkəsinin 2024-cü ildə Ukraynaya hərbi yardımını ikiqat artıracağını təsdiqləyib. Qeyd edək ki, Kiyevə dəstək üçün verilən məbləğ 8 milyard avrodur.

...Almaniya Federativ Respublikası gələn il Ukraynaya hərbi dəstəyini iki dəfə artıraraq 4 milyarddan 8 milyarda çatdıracaq.

Xatırladaq ki, Lyurmann bunu Avropa İttifaqı Xarici Əlaqələr Şurasının iclasından əvvəl deyib.

Rəsmi, həmçinin əlavə edib ki, cari həftə Avropa İttifaqı və Ukrayna üçün üzvlük danışıqlarına başlamaq məsələsində həlledicidir.

O, Almaniyanı Ukraynanın Avropaya inteqrasiyası ilə bağlı aydın mövqe tutacağına inandırıb. Anna Lyurmannın sözlərinə görə, Avropa Birliyinin 26 üzvü danışıqlara başlamaq istəyində çox yekdildirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə