Polyaklar yeni baş nazir seçəcəklər...

Polşa Seyminin deputatları ölkənin baş naziri Mateuş Moravetskinin hökumətinə etimadsızlıq səsverməsi keçiriblər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Onet” portalı yayıb.

Səsvermədən sonra bir saat yarım fasilə olacağı və bu müddət ərzində baş nazir postuna namizədlərin irəli sürüləcəyi gözlənilir.

Bundan sonra debatlar və namizədlərə səsvermə keçiriləcək. Qeyd edək ki, bundan əvvəl Polşa müxalifətinin lideri Donald Tusk dekabrın 11 və ya 12-də Polşanın baş naziri olacağına əmin olduğunu bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə