Dekabrın 11-dən ruslara pasportlarını təhvil vermələri tələb olunur

Rusiyada bu gün ölkədən çıxışı qadağan edilən vətəndaşları xarici pasportlarını təhvil verməyə məcbur edən yeni qaydalar qüvvəyə minib. Bu, çağırışçılara da aiddir.

Hökumətin qərarına əsasən, pasport beş iş günü müddətində onu vermiş orqanlarda (Daxili İşlər və ya Xarici İşlər Nazirliyi) və ya əməkdaşının xaricə çıxışını məhdudlaşdıran dövlət təşkilatlarında saxlanmalıdır.

Sənəddə, həmçinin xarici pasportun xaricdəki konsulluq idarəsinə təqdim edilməsi qaydası, oradan diplomatik poçtla Rusiyaya Daxili İşlər Nazirliyinə və ya Xarici İşlər Nazirliyinə göndəriləcəyi açıqlanır.

Göstərilən müddətdə üzrlü səbəb olmadan depozitə verilməyən pasport etibarsız sayılacaq.

Səyahət məhdudiyyətləri aradan qaldırıldıqdan sonra pasportunuzu geri qaytara bilərsiniz.

Qanuna görə, cinayət təqibi, dövlət sirri ilə tanış olmaq və ya müflis olmaq səbəbindən xaricə səyahət qadağan edilə bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə