BMT-nin Fələstin üçün xüsusi fövqəladə sessiyası başlayır

Sessiya Misir və Mavritaniyanın xahişi ilə təşkil edilir

BMT Baş Assambleyasının Fələstin xalqının müdafiəsi üzrə xüsusi fövqəladə sessiyası dekabrın 12-də öz işini davam etdirəcək. Bu barədə qurum sədrinin mətbuat xidməti məlumat yayıb.

SİA-nın əldə etdiyi məlumata görə, BMT-nin sədri Dennis Francis Baş Assambleyanın 10-cu fövqəladə xüsusi sessiyasının 45-ci plenar iclasının 2023-cü il dekabrın 12-də çağıracağı barədə üzv ölkələri məlumatlandırıb.

Qeyd olunub ki, sessiya Misir və Mavritaniyanın xahişi ilə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə