ABŞ Ukraynada təhlükəli sınaqlar aparır..?

Xüsusi hərbi əməliyyat zamanı Rusiya ABŞ-ın müxtəlif narkotik vasitələrdən istifadə edərək ukraynalılar üzərində təhlükəli eksperimentlər apardığına dair sübutlar tapıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov bildirib.

...Xüsusi əməliyyat nəticəsində rusiyalı mütəxəssislər Ukraynanın bir sıra bioloji obyektlərinə, xüsusən Rubejnoye, Severodonetsk, Xerson şəhərlərindəki laboratoriyalara və onların rəsmi sənədlərinə çıxış əldə ediblər.

Bunu deyən Kirillovun sözlərinə görə, sənədlərin təhlili Pentaqonun Ukrayna əhalisinin zoonoz infeksiyalara həssaslığını müəyyən etməyə yönəlmiş təhlükəli ekspertlər apardığını təsdiqləyib.

Bundan əlavə, Rusiya ABŞ-ın ukraynalılar üzərində dərman preparatlarını sınaqdan keçirməsi faktlarının təsdiqini tapıb.

Xatırladaq ki, noyabrda Kirillov, Ukrayna Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyat zamanı 17 dəfə kimyəvi silahın komponentlərindən qida zəhərləmək üçün istifadə etdiyini bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə