"Qərb mahiyyətcə Rusiya ilə hərbi münaqişəyə girib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Qərb dövlətlərinin faktiki olaraq Rusiya ilə hərbi münaqişəyə girdiklərini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bunu Konstitusiya Günü ərəfəsində məktəblilər və tələbələrlə görüşündə deyib.

Qeyd edək ki, Medvedev indiki dövrü təlatümlü və dinamik adlandırıb.

Onun dediyinə görə, Rusiya indi adından asılı olmayaraq, əslində Rusiya ilə hərbi münaqişəyə girmiş çoxlu sayda ölkə ilə qarşı-qarşıyadır

Xatırladaq ki, bundan əvvəl Medvedev, Rusiya ilə NATO ölkələri arasında münaqişənin III Dünya Müharibəsinə çevrilməsi ilə birbaşa toqquşma təhlükəsi heç vaxt indiki qədər real olmadığını bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə