Toqquşmalarda İsrail ordusu nə qədər əsgər itirib?

İsrail ordusu Qəzza zolağında daha 3 əsgərinin öldüyünü, birinin isə ağır yaralandığını bildirib.

İsrail ordusundan verilən məlumatda yazılıb ki, Qəzzanın cənubunda Fələstin müqavimət qrupları ilə qarşıdurmada 3 əsgəri ölüb. Roman Bronşteyn (46), Eliya Yanovski (24) və Ari Yehiel Zenilman (32) adlı əsgərlərin həlak olması ilə bağlı ailələrinə məlumat və başsağlığı verilib.

SİA-nın əldə etdiyi məlumata görə, toqquşmalarda bir İsrail əsgəri ağır yaralanıb və müalicəyə göndərilib.

11 dekabr səhəri İsrail ordusu Qəzza zolağında 4 əsgərinin öldüyünü bildirmişdi. Sonra elan edilən 3 əsgəri ilə ölənlərin sayı 7-yə yüksəlib.

Xatırladaq ki, İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 104-ü quru işğalı prosesində olmaqla ümumilikdə 433 əsgəri ölüb. Ordu əsgərlərin ölümünü ailələrinə xəbər verdikdən sonra elan edir.

Bütün xəbərlər Facebook səhifəmizdə