ABŞ-da silahlı hücumlar nəticəsində 40 mindən çox insan həlak olub

ABŞ-də yerləşən Silahlı Şiddət Arxivinin 2023-cü il hesabatına görə, silahlı hücumlar və buna bağlı zorakılıqlar nəticəsində 40 min 597 adam həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2023-cü ildə 17 min 827 nəfər silahlı hücumlarda, 22 min 770 nəfər isə intihar nəticəsində həyatını itirib, 34 min 546 nəfər yaralanıb. Hesabatda 2023-cü ildə 0-11 yaş aralığında 280, 12-17 yaş aralığında isə 1318 uşağın zorakılıq hadisələri nəticəsində həyatını itirdiyi bildirilib. Silahlı hücumlar və şiddət hadisələri nəticəsində yaralanan uşaq sayı 4 min 311 olaraq qeyd edilib. Arxivin məlumatına görə, 2023-cü ildə 46 polis xidməti vəzifəsini yerinə yetirərkən həlak olub, 355 polis əməkdaşı yaralanıb.

Oktyabrın 25-də ABŞ-ın Men ştatında baş verən silahlı hücumda 18 nəfər ölüb, 13 nəfər yaralanıb. Hücum Men ştatının qubernatoru Janet Mils tərəfindən ilin "ən ölümcül" hücumu kimi təsvir edilib. Hücum edən Robert Kart 2 günlük axtarışdan sonra Lissabonda ölü tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə