BMT Baş Assambleyasının Fələstin üzrə xüsusi sessiyası bu tarixdə davam edəcək

BMT Baş Assambleyasının Fələstin üzrə xüsusi sessiyası bu tarixdə davam edəcək

BMT Baş Assambleyasının Fələstin xalqının müdafiəsi üzrə xüsusi fövqəladə sessiyası dekabrın 12-də öz işini davam etdirəcək. SİA xəbər verir ki, bu barədə qurumun sədrinin mətbuat xidməti məlumat yayıb.

BMT-nin prezidenti Dennis Francis Baş Assambleyanın 10-cu fövqəladə xüsusi sessiyasının 45-ci plenar iclasının 2023-cü il dekabrın 12-də çağıracağı barədə üzv ölkələri məlumatlandırıb.

Qeyd olunub ki, sessiya Misir və Mavritaniyanın xahişi ilə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə