Bayden Zelenskini Ağ Evə dəvət edib

ABŞ prezidenti Cozef Bayden Vladimir Zelenskini Kiyevin ehtiyaclarını müzakirə etmək üçün dekabrın 12-də Ağ Evə dəvət edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibinin sözlərinə görə, Bayden “ABŞ-ın Ukrayna xalqını dəstəkləməkdə sarsılmaz öhdəliyini vurğulamaq” üçün Zelenskini Vaşinqtona çağırıb.

Bəyanatda həmçinin deyilir ki, Rusiya raket və dron zərbələrini artırdıqca Bayden və Zelenski Ukraynanın təcili ehtiyaclarını və bu kritik anda davamlı dəstəyin həyati əhəmiyyətini müzakirə edəcəklər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə