Rusların yeni taktikaları uğursuz alınıb..?

Xerson vilayətinin Krınki kəndi ərazisində ruslar yeni taktikalardan istifadə edirlər. Belə ki, onlar döyüşə girmədən piyadaları Ukrayna mövqelərinin arxasına atmağa çalışırlar. Bununla belə, ukraynalıların dediyinə görə, yenə uğursuzluğa düçar olurlar.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələri yeni planı ilə belə rusları məharətlə məğlub etməkdə davam edirlər.

Qeyd edək ki, bu məlumatı “DeepState” layihəsinin analitikləri verib. Onların sözlərinə görə, artıq Krinok ərazisində bir sıra düşmən texnikasının məhv edilməsi halları baş verib.

...“Madyar quşları” hava kəşfiyyat qrupunun son videoları Krynok ərazisində eləcə də qonşu kəndlərdə piyadaların döyüş maşınlarına çoxlu ziyan dəydiyini göstərir. Bu görüntülər rusların yeni taktikaları – piyadaları Ukraynalıların arxasına atmaq cəhdinin uğursuzluğu ilə bağlıdır.

Məlumatda belə deyilir.

Bu arada kontr-admiral Mixail Ostroqradskinin adına 35-ci ayrı-ayrı piyada briqadasının hərbçiləri bildirir ki, ruslar bir neçə gündür ki, öz qoşunlarını döyüşə girmədən zirehli texnika ilə birgə arxa cəbhəyə daşımağa çalışırlar.

Ehtimal ki, bu kütləvi artilleriya hazırlığı və hava zərbələrin olacağı ilə bağlıdır, amma...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə