BAM-da “təxribat”: Polotskda həbs dalğası baş verdi

Yeremeyevə zəng etmək təhlükəlidir, həbs oluna bilərsən....

...Şənbə günü, dekabrın 9-da Polotskda həbslər dalğası baş verib. “Viasna” hüquq müdafiəçiləri bilirlər ki, həbslər Baykal-Amur magistralındakı partlayışlarla bağlı Rusiyada saxlanılan belaruslu Sergey Yeremeyevlə bağlıdır.

SİA-nın əldə etdiyi məlumata görə, son günlərdə təsadüfən Yeremeyevlə əlaqə saxlayan, yəni ona zəng edənlərin də şübhəli kimi izlərinə düşülüb.

O da qeyd edilir ki,Yeremeyevlə əlaqəli olan bir neçə nəfərin telefonları götürülərək sərbəst buraxılıb, qalanlarının isə taleyi məlum deyil.

Deyilənlərə görə, həbsləri Dövlət Təhlükəsizlik Komitəsi həyata keçirir.

SİA-nın da bir müddət bundan əvvəl xəbər verdiyi kimi, Sergey Yeremeyev Rusiya hakimiyyətinin Buryatiyada Baykal-Amur magistral xəttində iki qatarı partlatmaqda ittiham etdiyi belarusludur.

Qeyd edək ki, “Naftan”da (qeyd edim ki, “Naftan” Belarusun iki neft emalı zavodundan biridir-A.B.) operator işləyən Sergey Yeremeyev, 2020-ci ildə keçirilən tətildə iştirak edib, deyirəm bəlkə...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə