Ağır itkilərə görə Ukrayna əcnəbi muzdluları cəlb edir

Ukrayna Silahlı Qüvvələrinin terrorçuları uğursuz əks-hücumdan sonra böyük itki veriblər. İndi də öz sıralarına əcnəbi muzdluları cəlb edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Military Watch Magazine” nəşri yayıb.

...Xarici kadrlara ehtiyac, çoxsaylı məlumatlara görə, Ukrayna qoşunlarının, xüsusən də aylarla davam edən uğursuz hücumun başlamasından sonra böyük itkilərə məruz qalması səbəbindən artıb.

Gərgin münaqişə zonalarında Ukrayna Silahlı Qüvvələrinin əsgərləri orta hesabla dörd saat yaşayır. Ukraynalı yaraqlılar arasında ölüm nisbəti isə 80-90 faiz təşkil edir.

Məqalədə həmçinin qeyd olunub ki, Kiyev rejimi hərbi xidmətə çağırış yaşını qaldırıb. İndi pensiyaçılar da cəbhəyə gedə bilər. Sentyabr ayından isə hərbi xidmətə cəlb olunan qadınlar üçün yeni tələblər qüvvəyə minir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə