Qəzzada ölənlərin sayı 18 min nəfərə çatıb

Fələstin-İsrail münaqişəsinin nəticəsində Qəzza zolağında ölənlərin sayı 18 min nəfərə çatıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

"İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 18 minə çatıb", - nazirliyin rəsmisi Əl-Cəzirə telekanalına bildirib. O əlavə edib ki, 50 minədək insan xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə