“Trampın 2024-cü il seçkilərində qələbəsi NATO-nu çökdürə bilər”

ABŞ rəhbərliyində dəyişiklik pis nəticələrə səbəb ola bilər. Məsələn, 2024-cü il seçkilərində Donald Trampın qələbəsi NATO-nu çökdürə bilər. Bu barədə şənbə günü “New York Times” məlumat yayıb.

SİA bu barədə TASS-a istinad edir.

Deyilənlərə görə, diplomatlar, eləcə də Şimali Atlantika Alyansı hökumətlərində narahatlıq artır. Onlar qorxurlar ki, Donald Trampın qayıdışı təkcə Ukraynanın tərk edilməsi deyil, həm də Amerika Birləşmiş Ştatlarının Köhnə Dünyadan çıxması anlamına gələ bilər.

Eyni zamanda NATO hərbi alyansı da dağa bilər. Məqalə müəllifinin sözlərinə görə, Avropada Donald Trampın ikinci prezidentliyinin Amerika Birləşmiş Ştatlarının müdafiə blokundan çıxmasına səbəb olacağından ehtiyat edirlər. İstefada olan admiral Ceyms Stavridis hesab edir ki, bu, Vaşinqton üçün böyük strateji və tarixi uğursuzluq olacaq.

“New York Times”-ın məlumatına görə, Köhnə Dünya ölkələrinin əksər nümayəndələri Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə hansı yanaşmadan istifadə edəcəklərini bilmirlər. Kiçik dövlətlər ABŞ-ın keçmiş prezidenti ilə bu ölkədən silah almaq və ya əməkdaşlıq arzusunu göstərən jestlər vasitəsilə münasibətləri yaxşılaşdırmağa cəhd edə bilər.

Xatırladaq ki, gələn ilin noyabrında Amerika Birləşmiş Ştatlarında növbəti prezident seçkiləri keçiriləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə