"Vətənə nə qədər lazımdır, o qədər də xidmət edəcəm..."

Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici siyasət idarəsinin rəisi vəzifəsində işləmə müddəti ilə bağlı sualı şərh edərkən, Vətənə nə qədər lazımdırsa, ona xidmət edəcəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri dekabrın 10-da TASS yayıb.

Sergey Lavrovun Doha Forumunda onlayn çıxışı zamanı jurnalistlərdən biri onun Rusiya diplomatiyasının rəhbəri kimi gələcək fəaliyyəti ilə bağlı sual verib.

Belə ki, gələn ilin martında Sergey Lavrovun Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri postuna gəlməsinin düz iyirmi ilinin tamam olacağını xatırladan media nümayəndəsi, diplomatın bu vəzifədə nə qədər qalacağını soruşub.

Lavrov buna cavab olaraq deyib: “Niyə belə sual verdiyinizi həqiqətən başa düşə bilmirəm. Ölkəmin mənə ehtiyacı olduğu müddətcə ölkəmə xidmət edəcəm”.

Qeyd edək ki, Sergey Lavrov 2004-cü ildən Rusiyanın xarici işlər naziridir. Bundan əvvəl o, 10 il Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə