"ABŞ İsrail-Fələstin münaqişəni uzatmaq üçün əlindən gələni edir"

Lavrov İsrail və Fələstini diplomatiyaya çağırıb

Dohada keçirilən Forumunda “uzaqdan danışan” Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın İsrail- Fələstin münaqişənin davam etdirilməsi üçün əlindən gələni etdiyini bildirib.

“...Bizim həmişə çağırdığımız diplomatiya üçün hər zaman yer var. Biz əminik ki, oktyabrın 7-də İsrailə qarşı terror aktı milyonlarla fələstinlinin kollektiv şəkildə cəzalandırılmasına haqq qazandıra bilməz”.

Lavrov bildirib bunu.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, qurbanların sayı hər gün artır. Və münaqişədən əziyyət çəkənlərin əksəriyyəti qadın və uşaqlardır.

...Biz Təhlükəsizlik Şurasında bir qətnamə təklif etdik, ABŞ onu rədd etdi, Braziliya digərini təklif etdi, o da rədd edildi, sonra baş katib bizim təklif etdiyimizdən daha zəif olan yeni bir qətnamə təklif etdi.

Bunu deyən Lavrova görə, “...biz nə təklif etdik, ABŞ və Qərb üçün qəbuledilməz oldu”.

Rusiyalı diplomat qeyd edib ki, Qərb ölkələri mülki şəxslərin təxliyəsinə kömək edəcək humanitar pauzaları belə qəbul etməyə hazır deyillər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə