Avropa İttifaqının ən bədbəxt ölkəsi...

Britaniyanın “İndependent” portalı Eurostat-a istinadən yazır ki, Bolqarıstan 10 baldan 5,6 bal toplayaraq ikinci ildir ki, Avropa İttifaqının ən bədbəxt ölkəsi olub.

Şöbənin analitikləri hesabat üzərində işləyərkən təhsil səviyyəsi, ailə və maliyyə sabitliyi, asudə vaxt, cəmiyyətlə qarşılıqlı əlaqə eləcə də bir sıra digər amilləri nəzərə alıblar.

Tədqiqatçılar Bolqarıstanın ümumi həyatdan məmnunluq indeksində altıdan az bal toplayan yeganə ölkə olduğunu bildiriblər.

Reytinqdə 7,9 balla Avstriya birinci yeri tutub. İkinci yeri Polşa, Rumıniya və Finlandiya (7,7 xal) bölüşdürüb.

Alman sakinlərinin əhval-ruhiyyəsinə iqtisadi durğunluq və miqrasiya böhranı təsir edib. Analitiklər bunun fonunda Almaniyanın cəmi 6,5 bal topladığını qeyd ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə