Netanyahu Rusiyanın mövqeyinə görə Putindən narazılığını bildirib

...Rusiya prezidenti ilə İsrailin baş naziri arasında söhbət təxminən 50 dəqiqə davam edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəbəri Kan radiosu yayıb.

Netanyahunun ofisi xəbər verir ki, Nazirlər Kabinetinin rəhbəri Rusiya ilə İran arasında əməkdaşlığı tənqid edib, həmçinin Rusiyanın BMT-dəki nümayəndələrinin mövqeyindən narazılığını bildirib.

Bununla yanaşı, İsrailin baş naziri Rusiya pasportu olan yəhudi dövləti vətəndaşının azad edilməsi üçün göstərilən səylərə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Kremlin mətbuat xidməti hələlik bu məlumatı şərh etməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə