“Belə biabırçılıqdan sonra general Teplinski istefa verməlidir"

Ukrayna Silahlı Qüvvələri Dnepr çayının sol sahilində Rusiya Federasiyasının 104-cü diviziyasının hücum qrupunu darmadağın edib

Xerson vilayətində, Dnepr çayının sol sahilində ruslar gündə ən azı 10 texnika itirirlər.

Qeyd edək ki, “Birds of Madyar” pilotsuz uçuş aparatları şirkətinin komandiri Krynokidən rusların bu istiqamətdəki itkiləri barədə hesabat dərc edib.

Dnepr çayının sol sahilində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə cəbhədən hücum Rusiya ordusu üçün böyük itkilərlə başa çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “dialog.ua” nəşri yayımlayıb.

Yeri gəlmişkən, bu barədə Rusiya Silahlı Qüvvələrinin Dnepr qrupunun zabitləri ilə əlaqəli olan “Dürüstlük və Ədalət naminə Hava Desant Qüvvələri” teleqram kanalı da məlumat yayıb.

Kanalın yazdığına görə, Krynok bölgəsində vəziyyət pisləşməkdə davam edir... Düzgün artilleriya və hava dəstəyi olmadan cəbhədən edilən hücumlar kədərli, lakin kifayət qədər məntiqli nəticə ilə başa çatır. Belə ki, Ukrayna tərəfi öz mövqelərini saxlayır, lakin biz insanları və texnikanı itiririk...

Deyim ki, bu Rusiya nəşrlərinin etirafıdır.

Onların sözlərinə görə, dekabrın 9-da keçirilən hücum zamanı Rusiya Silahlı Qüvvələrinin 104-cü Hücum Diviziyasının hərbçiləri Krynok ərazisində dörd tank, iki BMD-4 və bir BTR-82A itiriblər.

Bundan əlavə, rusların canlı qüvvəsinin böyük itkilərini təsdiqlən rus saytları, amma onların sayını açıqlamayıblar.

Yenə də bundan əlavə, Rusiya kanalı bütün cəhdlərə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin bir metr belə geri çəkilmədiklərini də etiraf edib.

Maraqlıdır ki, rus tərəfi baş verənlərə görə Rusiya Silahlı Qüvvələrinin “Dnepr” qrupunun komandiri general Teplinskini günahlandırır.

O da maraqlıdır ki, son günlər digər məsələlərlə yanaşı, onun Ukraynaya işləməkdə şübhəli bilənlər də peyda olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə