Fransa hərbi gəmisi Yəməndən Qırmızı dəniz üzərində hərəkət edən iki PUA-nı vurub. SİA xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

“Dekabrın 9-da Fransa Hərbi Dəniz Qüvvələrinin “Lanqedok” freqatı Yəmən sahillərindən birbaşa ona doğru uçan iki PUA-nı vurub”, - məlumatda qeyd olunub. Hər iki PUA Yəmən sahillərindən 110 km aralıda vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə