Argentina yeni seçilmiş prezidenti vəzifəsinin icrasına başlayacaq

Argentinanın prezidenti seçilən Xavyer Miley dövlət başçısı vəzifəsinin icrasına başlayacaq. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, həmin gün Nazirlər Kabinetinin yeni tərkibinin andiçmə mərasimi keçiriləcək.

Xavyer Mileyin and içmək üçün Konqresə dekabrın 10-da Bakı vaxtı ilə saat 18:00-da gəlməsi gözlənilir. Siyasətçi dövlət başçısı kimi ilk çıxışını parlament binasının qarşısında meydana gələcək insanların önündə etməyi planlaşdırır. Adətən Argentina prezidentləri Konqres salonlarında parlamentarilər qarşısında çıxış edirlər.

Qeyd edək ki, noyabrın 19-da Argentinada prezident seçkilərinin ikinci turu keçirilib. Sağçı “Azadlıq gəlir” alyansına daxil olan Libertar Partiyasına rəhbərlik edən Xavyer Miley iqtisadiyyat naziri Serxio Massanı məğlub edərək seçkiləri qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə