750 min avro dəyərində brilyant üzük itib

Malayziyalı bir iş adamının Parisin mərkəzindəki “Ritz” otelindəki otağından brilyant üzüyü itib. SİA xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

İş adamının sözlərinə görə, üzüyün dəyəri 750 min avrodur. Zərərçəkmiş iddia edir ki, o, alış-verişə gedən zaman üzüyü otağındakı stolun üzərinə qoyub və qayıdarkən onu tapmayıb.

Daha sonra o, polisə müraciət edib. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. Bütün mümkün versiyalar, o cümlədən otel işçilərindən birinin oğurlamaq ehtimalı da nəzərdən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə