Avtomobildə çılpaq, donmuş cəsədlər tapılıb

Yekaterinburqun Akademiçeski rayonunda avtomobildə kişi və qadının çılpaq, donmuş meyitləri tapılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbər “Ura.ru”-ya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsindən verilib.

İlkin məlumatlara görə, ölüm dəm qazından zəhərlənmə nəticəsində baş verib. Ölümün dəqiq səbəblərinin müəyyən edilməsi üçün meyitlər ekspertizaya göndərilib.

Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti də bildirib ki, kişi və qadının ölümünün cinayət çalarları olması ehtimalı azdır.

“Ura.ru” əlavə edir ki, yoldan keçən şəxs təsadüfən cəsədləri bir az açıq olan avtomobilin pəncərəsindən görüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə