İran nüvə sazişinin aktuallığını itirdiyini deyir

Birgə Hərtərəfli Fəaliyyət Planı və ya “nüvə sazişi” getdikcə aktuallığını itirir.

SİA-nın RİA Novosti-dən əldə etdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin Hüseyn Əmir Abdullahiyan deyib.

“Birgə razılaşmaya gəlincə, müəyyən mövqelərdəki qırmızı xətlərimiz qarşı tərəf tərəfindən qəbul edilmədiyi üçün bu gün biz Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə saziş imzalamaq yolunda deyilik”, - deyə nazir bildirib.

Eyni zamanda, o vurğulayıb ki, zaman keçdikcə bağlanan müqavilənin aktuallığı itir.

Bundan əvvəl məlum olmuşdu ki, Birləşmiş Millətlər Təşkilatının nüvə müfəttişləri İranın nüvə obyektlərinə tam giriş əldə edərsə və Tehranın nüvə sınaqları ilə bağlı hesabatını tamamlayarsa, ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planına qayıda bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə