Ukraynanın şərqində və cənubunda vəziyyəti ağır olaraq qalır

Ruslar Ukraynaya qarşı müharibədə altı istiqamətdə hücuma keçiblər...

Rusiya qüvvələri dekabrın 9-da gün ərzində Ukraynaya qarşı müharibədə altı istiqamətdə hücuma keçdilər: Kupyanski, Baxmutski, Avdeyevski, Maryinski, Şaxtarıski və Zaporojye.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbər Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı axşam hesabatında verilib.

Qeyd olunur ki, gün ərzində 45 toqquşma baş verib. Ukraynanın şərqində və cənubunda əməliyyat vəziyyəti ağır olaraq qalır, - bəyanatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bildirdiyinə görə, Kupyanski istiqamətində düşmən Xarkov vilayətinin Sinkovka və Luqansk vilayətinin Novoselovski rayonlarına, Baxmutda, Boqdanovka yaxınlığında hücuma keçib. Bundan əlavə, Donetsk vilayətinin şərqində yerləşən ərazilərdə, Zaporojye vilayətində də hücumlarını davam etdirib.

...Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, dekabrın 9-da Rusiya aviasiyası Donetsk vilayətinin Preçistovka bölgəsində hücum həyata keçirib.

...Ruslar 24 saat ərzində müdafiə qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrinə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 25 dəfə raket və 5 hava zərbəsi endiriblər.

...Ruslar X-59 idarə olunan raketindən istifadə edərək növbəti dəfə Ukraynaya hücum edib və bu raket Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən uğurla məhv edilib.

Ukrayna tərəfinin iddiasına görə, Raket qüvvələrinin bölmələri rusların iki yanacaq-sürtkü anbarını darmadağın ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə