40 min rus əsgəri Avdeevka yaxınlığında ölümlərini gözləyirlər..?

Ukraynalı ekspert Avdeevka yaxınlığındakı döyüşləri təhlil edib

...Uzun müddət idi ki, Rusiya Ukraynaya kütləvi raket hücumları etmirdi və bunun əvəzinə kamikadze dronlardan istifadə edirdi.

...Amma budur, qışın ilk kütləvi raket hücumundan sonra Vladimir Putin prezidentliyə namizədliyini irəli sürdüyünü açıqladı.

SİA-nın əldə etdiyi məlumata görə, bunu hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki və təlimatçı pilot Roman Svitan “Kanal 24”ə danışarkən deyib.

Beləliklə, uzun müddətdən sonra ilk dəfə dekabrın 8-i səhər saatlarında Rusiya Ukraynaya 19 raket atdı, hava hücumundan müdafiə qüvvələri 14 raketi vurmağa müvəffəq oldu. Bundan dərhal sonra, dekabrın 14-ü gözləmədən Vladimir Putin hərbçilərlə görüşündə prezidentliyə namizəd olduğunu bildirdi.

Svitana görə, Putinə bu elanı vermək üçün informasiya fürsəti lazım idi və o, bundan istifadə edib. Doğrudur, Rusiya rəhbərinə Avdeevka və ya cəbhədə müsbət bir şey əldə etmək də lazım idi.

Amma neyləyəsən ki, hələ heç nə alınmır.

Qeyd edilməlidir ki, ruslar bir çox hərbi obyektləri məhv etdiklərini deyirlər. Ukraynalı ehtiyatda olan polkovnik əmindir ki, Rusiya Ukraynaya hələ bir neçə dəfə də raket zərbələri endirəcək.

Maraqlıdır ki, Svitan, rusların Ukraynaya endiriləcək raket zərbələrinin təxmini zamanını da bildirir: 14 və 25 dekabrda..?

Xatırladaq ki, bu gün 40 min rus əsgəri Avdeevka yaxınlığında döyüşür, çünki onlar orada mövqelərdə möhkəmlənə bilmirlər, ona görə də sadəcə olaraq “KAB-500” idarə olunan bombalarla şəhəri məhv edirlər.

...Bu mərmilərin 100 metrə qədər kənarlaşmaları var, yəni hədəfi dəqiq vura bilmirlər. Beləliklə, ümumi bir vəzifə var - ərazilərin dağıdılması, yəni eyni vaxtda Baxmut və Marinkada edilən eyni şey...

Bu arada Estoniya kəşfiyyatı rusların yaxın vaxtlarda cəbhədə güclü zərbə endirmək üçün yenidən qruplaşma apardıqlarını bildirib. Deyilənlərə görə, son bir həftə ərzində ruslar 10 minə yaxın ölü və yaralıya “sahiblənsə” də amma, deyəsən, dayanmaq fikrində deyillər.

Yenə də Svitana görə, guya onlar hazırda şaxtaların düşməsini gözləyirlər.

...Və sonra davam edəcəklər(?). Hazırda Avdeevka ərazisində 10-dan çox rus briqadası cəmləşib. Hərbi ekspert qeyd edib ki, 40 minə yaxın rusiyalı Avdeevka, Marinka bölgəsində utilizasiyasını gözləyir, indi yeni bir nöqtə də Krasnoqorovka bölgəsində yaranır.

Və ruslar burada da hərəkət etməyə çalışırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə