"İlon Maskı Amerika demokratiyası ilə maraqlanmır"

ABŞ prezidenti Cozef Baydenin oğlu Hunter amerikalı iş adamı İlon Maskı tənqid edərək bildirib ki, milyarder Amerika demokratiyası ilə maraqlanmır, iş adamı yalnız özünü düşünür.

ABŞ rəhbərinin oğlunun sözlərinə görə, Mask ştatlarda səsvermə azadlığına, eləcə də demokratiyaya tamamilə biganədir.

SİA xarici qaynaqlara istinadən xatırladır ki, dekabrın 8-də kiçik Bayden 2016-2020-ci illər arasında 1,4 milyon dollar vergidən yayınmaqda ittiham olunub. İndi onu 17 ilə qədər həbs gözləyir. Eyni zamanda ölkənin birinci adamının oğlu vergi ödəmək əvəzinə narkotika, kirayə, paltar və eskort qızlara pul xərcləyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə