Zelenski ABŞ Konqresində danışmaqdan niyə imtina edib?

Amerika Konqresi qarşısında çıxış etməkdən imtina edən Vladimir Zelenskinin hərəkəti geri çəkilmə kimi qiymətləndirilə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “The Washington Post” yazır.

Nəşrin fikrincə, Zelenskinin danışmaqdan imtina etməsi onun üçün qeyri-adi hərəkətdir, çünki o, bir qayda olaraq, belə imkanlardan imtina etmirdi.

...Bu, onun ukraynalı həmkarlarının, yoxsa amerikalı rəsmilərin məsləhəti ilə geri çəkilib-çəkilmədiyi ilə bağlı suallar doğurur, – nəşr belə yazır.

Qeyd edək ki, dekabrın 5-də Zelenski son anda ABŞ konqresmenləri qarşısındakı çıxışını ləğv edib. Onu da qeyd edək ki, konqresmenlər qarşısındakı çıxışı zaman o, cəbhədəki vəziyyət haqqında məlumat verməli və Ukraynaya davamlı hərbi və maliyyə dəstəyi istəməli idi.

Ukraynanın müdafiə naziri Rustem Umerovun izah etdiyi kimi, bu, “vəziyyətin dəyişməsi” səbəbindən baş verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə