Onlar donmamaq üçün hava limanına sığınıblar...

Xakasiyada elektrik enerjisinin daimi kəsilməsi səbəbindən ruslar donub ölməmək, isinmək üçün yerlər axtarmalı olurlar, çünki onlarda qaz isitmə sistemi yoxdur. Belə ki, 25 dərəcə şaxtada işıqsız qalan Kalinino sakinləri xoşbəxtlikdən kənddən 200 metr aralıda yerləşən Abakan hava limanına qaçmaq qərarına gəliblər.

SİA “nv.ua” saytına istinadən xəbər verir ki, “donan sakinlər” müvafiq videonu sosial şəbəkələrdə yayıblar.

Video, izdihamın terminala doğru getdiyini göstərir. İnsanlar qeyd edirlər ki, sadəcə olaraq başqa çıxış yolu görmürlər.

…Bunlar bizim yaşadığımız problemlərdir. Bütün Kalininoslular Abakan hava limanına gəliblər. Özü də şaqlarla, qadınlarla, kişilərlə birlikdə. Çünki vəziyyətdən çıxmaq üçün hava limanına getməkdən başqa yol görmürük. Və bu yalnız başlanğıcdır. İndi ailəmi də bura aparacağam.

Bunu yerli sakinlərdən biri deyib.

Onun sözlərinə görə, belə kəsilmələr hər zaman olur, lakin heç kim bu problemlə məşğul olmur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə