Tbilisidə minlərlə avropapərəst yürüş keçirib

Gürcüstan paytaxtının və on iki böyük şəhərinin sakinləri olan on minlərlə insan “Gürcüstan avropalı deməkdir” şüarı ilə Avropayönlü yürüşdə iştirak edib.

SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, iştirakçılar ölkənin əsas küçəsi olan Rustaveli prospekti ilə yürüş ediblər. Qeyd edilir ki, qərbyönlü siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə keçirilən nümayiş Respublika meydanından başlayıb və Avropa meydanında başa çatıb. Orada nümayişçilər Avropa İttifaqının nəhəng bayrağını açıblar.

Deyilənlərə görə, Gürcüstan prezidenti Salome Zurabişvili Avropa meydanında nümayişçilərə qoşulub.

...Biz Avropaya getmək istəyirik, görürsünüz, o qədər insan bizim Avropaya can atdığımızı nümayiş etdirmək üçün küçələrə axışıb, - deyə dövlət başçısı jurnalistlərə bildirib. Onun fikrincə, Avropa insanın və onun rəyinin böyük əhəmiyyət kəsb etdiyi məkandır.

Yeri gəlmişkən, ölkənin hakim “Gürcü arzusu” partiyası nümayişdə iştirak etməyib.

Partiya adından Gürcüstan parlamentinin keçmiş spikeri Arçil Talakvadze bildirib ki, yürüşün təşkilatçıları, o cümlədən Mixail Saakaşvilinin Vahid Milli Hərəkat partiyası və qərbyönlü QHT-lər “Gürcü arzusu”nun uğurlu fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə etimad göstərməyə çalışırlar.

Amma nümayiş təşkilatçıları bu qiymətləndirmə ilə qətiyyən razılaşmırlar.

…Hakimiyyətin rolu yalnız mənfidir. Bu da başa düşüləndir, çünki avropalılıq “Gürcü Arzusu”nun qəbul etmək istəmədiyi hakimiyyətin dinc yolla dəyişməsi deməkdir.

Tbilisinin keçmiş meri Qiqi Uqulava bildirib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə