Xüsuai hərbi əməliyyat zonasındakı Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələri üçün sursat istehsal edən obyektlərə hücum ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şənbə, dekabrın 9-da Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.
Zərbələr üçün yüksək dəqiqliyə malik, uzaqmənzilli havadan buraxılan silahlardan, yəni “Qrad” və “Alder” reaktiv yaylım atəş sistemlərindən eləcə də “Qrom” əməliyyat-taktiki raketlərindən istifadə edilib.
Rusların yazdığın görə, bütün obyektlər vurulub.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi bildirir ki, Rusiya Silahlı Qüvvələrinin Cənub Qüvvələri Qrupu, artilleriya və aviasiyasının iştirak etdiyi Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin beş hücumu dəf edilib.
Nikolayev vilayətindəki hərbi infrastruktura da zərbələr endirilib və DXR-də iki Ukrayna pilotsuz uçan aparatı vurulub.
Bunu da rus saytları yazır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə