Finlandiya polisi Rusiya vətəndaşı Tordenlə bağlı istintaqa başlayıb
...Finlandiya Mərkəzi Kriminal Polisi əvvəllər Ukraynanın tələbi ilə saxlanılan Rusiya vətəndaşı Vojislav Tordenə qarşı ilkin istintaqa başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Yle” portalı baş prokurorun müavini Jukka Rappeyə istinadən xəbər verir.
Qeyd olunur ki, tamhüquqlu istintaqa başlanması ölkə üçün unikal hadisə olacaq. Belə ki, bu, mümkün şübhəlinin fin olmadığı və cinayətin Finlandiyada baş vermədiyi ilə bağlıdır.
Qeyd edək ki, dekabrın 8-də Finlandiya Ali Məhkəməsi 36 yaşlı rusiyalının “Rusiç” təxribat-kəşfiyyat qrupunun tərkibində Kiyevə qarşı hərbi əməliyyatlarda iştirak etdiyinə görə Ukraynaya ekstradisiya edilməsindən imtina edib və Tordenin dərhal azad edilməsinə göstəriş verib.
Vantaa şəhərindəki həbsxanadan çıxandan sonra Torden Finlandiya sərhədçiləri tərəfindən saxlanılıb. Bildirilib ki, bu, rusiyalının Şengen zonasına giriş qadağasının olması ilə bağlıdır.
Xatırladaq ki, Rusiya vətəndaşının saxlanması avqustun 23-də məlum olub. Tordenin 2014-2015-ci illərdə DXR və LPR tərəfində iştirak edən “Rusiç” təxribat və hücum kəşfiyyat qrupunun rəhbəri olduğu iddia edilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə