Rusiya lideri Putin “qorxu içində yaşayır”; Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına uçuş zamanı Rusiya liderini daşıyan təyyarə qırıcıların müşayiəti ilə aparılıb.
SİA-nın əldə etdiyi məlumata görə, “FreeDom2” kanalında ukraynalı politoloq Vladimir Fesenko bildirib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində də “kadırovçular” olub.
...Qırıcı təyyarələrin müşayiəti ilə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına uçuş təsadüfi deyil ki, Kadırov və “kadırovçular” orada olublar...
Ukraynalı ekspert bildirib bunu.
Fesenkonun sözlərinə görə, Putin əvvəllər bütün ərəb liderlərindən xeyli “yüksək” idi, lakin indi o, onların yanına gedib onlarla qarşılıqlı əlaqədə və hətta bəzi sırf simvolik təmaslarda maraqlı olduğunu göstərdi.
Qeyd edək ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında Vladimir Putinin həbsinə order verdikdən sonra rus lideri yalnız Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etməmiş ölkələrə, o cümlədən ərəb dövlətlərinə təhlükəsiz səfər edə bilər.
Xatırladaq ki, Rusiya Federasiyasının rəhbəri dekabrın 6-da BƏƏ və Səudiyyə Ərəbistanında olub. Səudiyyə Ərəbistanında Putin dövlətin vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla görüş keçirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə