Ukrayna əgər 2024-cü ildən sağ çıxsa...

Əgər hər şey qaydasında olsa, Ukrayna 2025-ci ilin yazında yenidən hücuma keçəcək..?

...Uğursuz yay əks-hücum əməliyyatı və Qərb silahlarının tədarükü ilə bağlı problemlər fonunda Ukrayna rus təcavüzünün sonrakı irəliləyişini dayandırmaq üçün müdafiəyə keçməyə məcbur olur. Əgər hər şey qaydasında olsa, Ukrayna yalnız 2025-ci ilin yazında yenidən hücuma keçə biləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal”ın məqaləsində deyilir.

Amerika nəşri Ukraynanın düşdüyü son dərəcə çətin geosiyasi vəziyyəti təsvir edir.

İndi bir neçə mənfi amil var ki, bunlar da aşağıdakılardır:

- böyük ümidlər bəslənən yay əks-hücumunun uğursuzluğu,

-ABŞ Konqresində daxili siyasi çəkişmələr səbəbindən Amerika yardımının dayandırılması,

-Avropa İttifaqının Ukrayna üçün birgə kifayət qədər hərbi dəstək verə bilməməsi..

-və Rusiya iqtisadiyyatının nəzərəçarpacaq dərəcədə müharibə vəziyyətinə keçməsi...

Maraqlıdır ki, Rusiya Ukraynaya təzyiqi artırmaqla, ölkəni ələ keçirmək kimi ilkin hərbi məqsədindən hələ də əl çəkmə əlamətləri göstərmir.

Bunu da “The Wall Street Journal” yazır.

Nəşr diqqəti cəbhə boyu müdafiə istehkamlarının inşasını elan edən Zelenskinin son bəyanatına yönəldir. Nəşrin müəlliflərinin fikrincə, bu, müharibənin yeni mərhələyə keçməsinin sübutudur. Əgər genişmiqyaslı müharibənin əvvəlində Ukrayna Silahlı Qüvvələri manevr müdafiəsi taktikasına əl atırdısa, indi 2014-cü ildən sonra Donbassda olan səngər döyüşü taktikası yenidən qayıdır.

Həmçinin vurğulanır ki, Rusiya işğalının ilk həftələrində müharibənin uzun sürəcəyi ilə bağlı xəbərdarlıqlar edilsə də, Ukrayna Silahlı Qüvvələrinin 2022-ci ilin payızında əldə etdiyi inanılmaz uğur tez qələbəyə boş ümidlər verib.

Əgər Ukrayna və onun müttəfiqləri mövcud çətinliklərin öhdəsindən gələ bilsə və qoşun təchizatını davam etdirə bilsələr, Qərb strateqləri ən yaxşı ssenarinin gələn ilin Ukrayna ordusunun yenidən qurulması ili olacağına inanırlar. Digər ümid odur ki, Rusiya Ukrayna müdafiəsini sındırmaq cəhdində xeyli güc itirəcək. Nəhayət, bu, 2025-ci ilin yazında Ukraynanın yenidən hücum imkanlarına sahib olacağı anlamına gəlməlidir - əgər 2024-cü ildən sağ çıxsa.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə