"Ermənistanı silahlandıran dövlətlər tezliklə onu “başına buraxacaqlar”"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın zirehli transportyorlarının Ermənistana verilməsi qərarını təxribat adlandırıb. Onun sözlərinə görə, Paris bununla İrəvana zərər vurmuş olur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” yazır.

Türkiyə lideri deyib ki, “...sülhün bərqərar olması fürsətindən istifadə etmək və onu çaşdıran ölkələrin tələsinə düşməmək Ermənistanın maraqlarına uyğundur”.

Ərdoğan, Bakı ilə münasibətlərin normallaşdırılmasını İrəvan üçün ən yaxşı variant adlandırıb.

Türkiyə lideri həmçinin əmin olduğunu bildirib ki, bu gün Ermənistanı silahlandıran dövlətlər tezliklə onu “başına buraxacaqlar”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə