Dublin və Fələstin qardaşlaşdı

“İrish Times” qəzetində çıxan xəbərə görə ...

İrlandiyanın paytaxtı Dublin və Fələstinin Ramallah şəhərləri “Dostluq müqaviləsi” çərçivəsində “Qardaşlaşmış şəhərlər” oldu.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “İrish Times” qəzetində çıxan xəbərə görə, Dublin bələdiyyə sədri Daithi de Roiste və Ramallah bələdiyyə sədri İsa Kassisin imzaladığı "Dostluq müqaviləsi" ilə Dublin və Ramallah "Qardaş şəhərlər" elan edilib. Bununla Mərkəzi Qərb Sahilindəki Ramallah şəhəri San Xose, Liverpul, Barselona və Pekindən sonra Dublinin 5-ci qardaş şəhəri olur.

Qeyd edək ki, İrlandiyada Dublin Şəhər Şurası dekabrın 5-də Qəzza xalqı ilə həmrəyliyi nümayiş etdirmək üçün Fələstin bayrağının qaldırılması təklifini yekdilliklə qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə