Qəzzaya humanitar yardım çatdırılmaq üçün artıq şərait yoxdur

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş, Qəzza zolağında artıq humanitar yardımın effektiv çatdırılması üçün şəraitin olmadığını bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Yaxın Şərqdəki vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı o, BMT Təhlükəsizlik Şurasının 2712 saylı qətnamədə anklavda mülki əhalinin ehtiyaclarını ödəmək üçün humanitar yardımların tədarükünü artırmağa çağırdığını xatırladıb.

Amma mövcud şəraitdə bu mandatı yerinə yetirmək qeyri-mümkün olub. Humanitar yardımın effektiv çatdırılması üçün şərait artıq mövcud deyil.

Quterreş bildirib bunu.

Qeyd edək ki, o, HƏMAS hərəkatının göstərdiyi vəhşiliyin Fələstin xalqının kollektiv şəkildə cəzalandırılması üçün əsas olmadığını da vurğulayıb.

Xatırladaq ki, dekabrın 7-də Quterreş Qəzza zolağının uşaqlar üçün qəbiristanlığa çevrildiyini bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə