Lloyd Ostin və Yoav Qallant arasında telefon danışığı olub

ABŞ müdafiə naziri Lloyd Ostin və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı olub.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Lloyd Ostin söhbət zamanı İsraili Qəzzada dinc sakinləri qorumaq və humanitar yardım çatdırmaq üçün səylərini artırmağa çağırıb.
''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
İsrail ordusu buna cavab olaraq döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən əksəriyyəti uşaq olmaqla 17 mindən çox fələstinli həyatını itirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə