İsrail ordusu cavab olaraq Suriyadakı hədəfləri vurub

İsrail Müdafiə Qüvvələri keçirilən hücumlara cavab olaraq, Suriya ərazisindəki hədəflərə zərbələr endirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrailin şimalına doğru dünənki raket buraxılışlarına cavab olaraq, İsrail ordusu Suriyadakı bir sıra hədəflərə zərbələr endirib”, - deyə bəyanatda bildirilib.

“İsrailin şimalındakı Dov dağı ərazisində İsrail əsgərlərinin aşkar etdiyi silahlı terror qruplaşmasına PUA-larla hücum edib”, - deyə bəyanatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə