İsrail ordusu HƏMAS-ın iki kəşfiyyatçısını məhv etdi

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS kəşfiyyat bölməsindən iki yaraqlının məhv edildiyini açıqlayıb. SİA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın hərbi kəşfiyyat bölməsinin yüksək rütbəli üzvü Abdel Əziz Rantisi öldürüb.

O, Həmas Karrara batalyonunun kəşfiyyat bölməsinin üzvü Əhməd Ayuşla birlikdə qruplaşmanın komanda məntəqəsinə endirilən zərbə nəticəsində məhv edilib.

Hesabatda vurğulanır ki, vurulan komanda məntəqəsi HƏMAS-ın döyüş əməliyyatlarını idarə etmək üçün mühüm strateji yeri rolunu oynayıb və Qəzza zolağının hər yerində kəşfiyyat məlumatlarının toplanmasına cavabdeh olub.

Bütün xəbərlər Facebook səhifəmizdə