Rusiyada poliqonda atəş təlimi zamanı insident baş verib

Rusiyanın Ryazan vilayətində poliqonda atəş təlimi zamanı insident baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə regional istintaq idarəsinin mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, planlaşdırılmış odlu atəş təlimi zamanı partlayıcı qurğu kortəbii şəkildə işə düşüb. İnsident zamanı Rusiya Qvardiyasının bir əməkdaşı həlak olub, ikisi isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə